İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə Azərbaycanda vəzifəli şəxslərin həyatına sui-qəsd planı hazırlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir.
MÖVZU İLƏ BAĞLI:
İranın tapşırığı ilə "Kərimə" dövləti yaratmaq istəyən daha bir qrup müəyyən olundu - FOTO/VİDEO
Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb.
Bundan başqa ata və oğlu vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim edib.
Qeyd edək ki, əməliyyat zamanı “Qısas 313” adlı qrupun 7 nəfər üzvü Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə də qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər.
Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib.
Bizim.Media