Hovuzların yaratdığı BÖYÜK TƏHLÜKƏ – “Bu xəstəliklərə yoluxma riski var”

Hovuzların yaratdığı BÖYÜK TƏHLÜKƏ – “Bu xəstəliklərə yoluxma riski var”

Hazırda oxunan: Hovuzların yaratdığı BÖYÜK TƏHLÜKƏ – “Bu xəstəliklərə yoluxma riski var”

136104

Havalar isindikcə insanlar çimərliklərə üz tuturlar. Lakin Xəzər dənizinin çirkli olması və açıq su hövzələrinin azlığı isə insanları daha çox hovuzlardan yararlanmağa sövq edir. Təbii ki, hovuzun da öz problemləri var. Vaxtında təmizlənməyən və suyu dəyişdirilməyən hovuzlar əsl xəstəlik mənbəyidir.

İnfeksionistlərin fikrinə görə, çirkli hovuzlarda gigiyenik qaydalar gözlənilmədikdə ondan müxtəlif xəstəliklər yayılır. 

Məsələn, davamlı olaraq təmizlənməyən hovuzlardan istifadə edən insanların barmaqlarının arasında göbələk xəstəlikləri yayılır. Çirkli, hovuzlarda ziyil xəstəlikləri də yaranır. Ziyillər pəncə altında, barmaqlarda balaca düyüncüklər formasında özünü büruzə verir. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışıan infeksionist Nicat Əzimli bildirib ki, qapalı su hövzəsindən insanların hansısa xəstəliyə yoluxma riski böyükdür:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda havanın çirklənməsi bu xəstəliklərin artmasına səbəb oldu – HƏYƏCAN SİQNALI


“Belə yoluxmalar həm ictimai yerlərdəki, həm də şəxsi həyətlərdəki hovuzlarda ola bilər. Ona görə də su hovuzları üçün nəzərdə tutulan sanitar-gigenik qaydalara ciddi əməl olunmalıdır. Nəzərə alaq ki, yeni çimərlik mövsümü başlayır. Bu səbəbdən qaydalara ciddi şəkildə riayət edilməlidir. Belə ki, hovuzlar davamlı olaraq mexaniki və kimyəvi yolla təmizlənməlidir. Əgər bu cür tələblər pozularsa, həmin hovuzdan istifadə edən şəxs və şəxslər müxtəlif xəstəliyə yoluxa bilər”.

İnfeksionist onu da qeyd edib ki, hovuzlarda vaxtaşırı dezinfeksiya işləri aparılsa belə, sular tez-tez dəyişdirilməlidir:

“Dəyişdirilməyən sularda mikroorqanizmlərin inkişafı üçün daha əlverişli şərait yaranır. Ona görə də insanlar hovuzlardan istifadə edərkən diqqətli olsunlar. Məsləhət edərdim ki, hovuzdan çimən insanlar rezin başmaqlardan istifadə etsinlər”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO