"Ermənistan itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirməyi sürətləndirməlidir".
Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən növbəti görüşə dair şərhində əksini tapıb.
Bildirilib ki, görüş münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib.
Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:49 / 15.05.2023
Azərbaycan XİN-dən itkin düşmüş şəxslərimizlə bağlı Ermənistana ÇAĞIRIŞ
Hazırda oxunan: Azərbaycan XİN-dən itkin düşmüş şəxslərimizlə bağlı Ermənistana ÇAĞIRIŞ
Hazırda oxunan: Azərbaycan XİN-dən itkin düşmüş şəxslərimizlə bağlı Ermənistana ÇAĞIRIŞ
136027
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.