Avropa Komissiyasının rəsmisi Azərbaycana səfər edəcək

Avropa Komissiyasının rəsmisi Azərbaycana səfər edəcək

Hazırda oxunan: Avropa Komissiyasının rəsmisi Azərbaycana səfər edəcək

136023

Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero iyunun 1-də Azərbaycana səfər edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin məlumatında bildirilib. 

Səfər çərçivəsində Kristina Lobillo Borrero Bakı Enerji Forumunda iştirak edəcək. 

Xatırladaq ki, Azərbaycan paytaxtında mayın 31-dən iyunun 3-dək Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci “Caspian Oil & Gas” beynəlxalq sərgisi, 11-ci “Caspian Energy and Green Energy” Beynəlxalq “Caspian Power” sərgisi və 28-ci Bakı Enerji Forumu keçiriləcək. 
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Qazaxıstan, Kanada, Çin, Küveyt, Monako, Niderland, Norveç, BƏƏ, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, Sinqapur, ABŞ, Tailand, Türkiyə, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, İsveçrə və Yaponiyadan olan 164 şirkət iştirakını təsdiqləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO