Qazaxda narkotik alverçisi SAXLANILIB - FOTO 

Qazaxda narkotik alverçisi SAXLANILIB - FOTO 

Hazırda oxunan: Qazaxda narkotik alverçisi SAXLANILIB - FOTO 

135858

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Müşfiq Qasımov saxlanılıb. 

Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 440 qram heroin, 570 qram marixuana, tramadol həbi, bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. 

M.Qasımov ifadəsində narkotik vasitələri Bakı şəhərində İran vətəndaşından aldığını və rayona satmaq məqsədi ilə gətirdiyini etiraf edib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO