Zaqatalada məktəbə ildırım DÜŞÜB - VİDEO

Zaqatalada məktəbə ildırım DÜŞÜB - VİDEO

Hazırda oxunan: Zaqatalada məktəbə ildırım DÜŞÜB - VİDEO

135848

Zaqatalada məktəbə ildırım düşüb. Hadisə rayonun Əliabad kənd tam orta məktəbində qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, axşam saatlarında baş verən güclü ildırım çaxması məktəbdə yanğına səbəb olub.  

İlkin araşdırmalarla məlum olub ki, məktəbə ildırım düşüb. Baş verən yanğınla bağlı FHN nin Yanğından mühafizə bölmələri və canlı qüvvəsi hadisə yerinə göndərilib. 

Güclü leysana rəğmən alovunun durmadan artmasına baxmayaraq yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. 

FHN Zaqatala Yanğından mühafizə bölməsindən bildirilib ki, məktəbin damında başlayan yanğın sinif otaqlarına keçmədən söndürülüb.  

Hadisə zamanı xəsarət alan olmayıb. 
 

Tural Rasim oğlu, Bizim.Media, Şimal- Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO