Hacı Nurandan duyğusal STATUS: “Onun kimi qadınını sevən çox az kişi gördüm” - FOTO

Hacı Nurandan duyğusal STATUS: “Onun kimi qadınını sevən çox az kişi gördüm” - FOTO

Hazırda oxunan: Hacı Nurandan duyğusal STATUS: “Onun kimi qadınını sevən çox az kişi gördüm” - FOTO

13584

Azərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov İnstagram yazıb:
“Mən bu həyatda çox sevgilər gördüm ...

Amma onlarınkı kimisinə heç rast gəlmədim ... Mən bu həyatda çox qadınlar gördüm: amma onun kimi həyat yoldaşına bağlı olanını görmədim ...

Mən bu həyatda çox kişilər gördüm: amma onun kimi qadınını sevən, ona heyran olan çox az kişi gördüm ...

O iki insan mənə doğmam qədər əzizdir: ən ləziz tikələrini mənimlə bölən, ən son qəpiklərini əsirgəməyən cütlükdü onlar ...

Söhbətin Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Manaf oğlu Manafov və onun ömür-gün yoldaşı - mənim İKİNCİ ANAM - Vahidə Sadıqovadan (28.06.1956 - 03.03.2021) getdiyini bildiniz yəqin ki ...

Bu gecə 65 yaşlı Vahidə xanımı keçirtdiyi çox ağır xəstəlikdən itirdik ... Deyirlər, qadından yaş soruşmazlar ... O isə heç vaxt yaşını gizlətmədi ...

Qürurla, fəxrlə qeyd etdi ... Bu gün biz Vahidə xanımın itirdik ... Özü də adı kimi vahid insandır, bənzərsizdir ...

Bənzərsiz olmasaydı Fəxrəddin Manafov kimi sənətkarı özünə bənd edə bilərdimi? ... Əlbəttə, yox ...

Mənim üçün əziz, dəyərli olan insan, ANAM qədər doğma qadın ... Ruhun şad olsun ...”.

Xatırladaq ki, Vahidə Sadıqova Azərbaycan dövlət televiziyasının diktoru vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO