Yevlaxda saxlanılan 6 nəfərdən 2 kq-a yaxın narkotik götürülüb - FOTO

Yevlaxda saxlanılan 6 nəfərdən 2 kq-a yaxın narkotik götürülüb - FOTO

Hazırda oxunan: Yevlaxda saxlanılan 6 nəfərdən 2 kq-a yaxın narkotik götürülüb - FOTO

135825

Yevlax Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının son günlərdə keçirdiyi əməliyyatlar zamanı saxlanılan 6 nəfərdən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitələr götürülüb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşamış, rayon sakini Ağadur Rəhimov saxlanılıb. 

Onun üzərində aparılan baxış zamanı çəkisi 1 kiloqram 520 qram olan heroin aşkar edilərək götürülüb. Bundan başqa rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılmış silsilə tədbirlər nəticəsində daha 5 nəfər də saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 
Həmin şəxslərdən heroin, güclü təsiredici xassəyə malik həblər və marixuana kimi narkotik vasitələr aşkar edilərək götürülüb. Saxlanılanlardan 4 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Fatlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO