DİN-dən Beyləqanda şəhid ailəsinə məxsus təsərrüfatdakı oğurluqla bağlı AÇIQLAMA

DİN-dən Beyləqanda şəhid ailəsinə məxsus təsərrüfatdakı oğurluqla bağlı AÇIQLAMA

Hazırda oxunan: DİN-dən Beyləqanda şəhid ailəsinə məxsus təsərrüfatdakı oğurluqla bağlı AÇIQLAMA

135810

Beyləqanda şəhid ailəsinə məxsus təsərrüfatda edilmiş oğurluqla bağlı DİN açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı Bizim.Media-nın yerli bürosuna bildirib ki, Vətən Müharibəsi şəhidi Siyahim Dəmirovun ailə üzvlərinə məxsus Beyləqan rayonu ərazisində yerləşən fərdi yaşayış evindən oğurluq edilməsi barədə RPŞ-yə məlumat daxil olub.  
 

MÖVZU İLƏ BAĞLI:

Beyləqanda şəhid ailəsinə məxsus təsərrüfatdan OĞURLUQ - FOTO 


Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb, hazırda əməli törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Xatırladaq ki, şəhidin ailə üzvlərinə məxsus təsərüfatdan xırda buynuzlu heyvan oğurlanıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO