Azərbaycan Dövlət Akademik Filarmoniyasına baş dirijor təyin olunub

Azərbaycan Dövlət Akademik Filarmoniyasına baş dirijor təyin olunub

Hazırda oxunan: Azərbaycan Dövlət Akademik Filarmoniyasına baş dirijor təyin olunub

135802

Fuad İbrahimov Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijoru təyin edilib. 

Bizim.Media xəbər verir ki, o bu vəzifədə, Xalq artisti Rauf Abdullayevi əvəz edib.

Fuad İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra”nın baş dirijoru olub.

Fuad İbrahimov Parisdə “Radio France”, “France musique”, “L'orchestre philharmonique” və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.
Dirijor kimi dünyanın bir sıra tanınmış konsert salonlarında çıxış edib. 2022-ci ildə Prezident mükafatına layiq görülüb, Azərbaycan Respublikasının Əməkdar artistidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO