Saatlıda narkotik bitkilər yetişdirən şəxs SAXLANILDI - FOTO 

Saatlıda narkotik bitkilər yetişdirən şəxs SAXLANILDI - FOTO 

Hazırda oxunan: Saatlıda narkotik bitkilər yetişdirən şəxs SAXLANILDI - FOTO 

135565

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Şirinbəy kənd sakini X.Hüseynov saxlanılıb. 

Onun yaşadığı ünvana keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 386 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO