Daşkəsənə yağan dolu kəndlərdə fəsadlara YOL AÇDI - VİDEO 

Daşkəsənə yağan dolu kəndlərdə fəsadlara YOL AÇDI - VİDEO 

Hazırda oxunan: Daşkəsənə yağan dolu kəndlərdə fəsadlara YOL AÇDI - VİDEO 

135542

Daşkəsən rayonunda dolu təsərrüfatlara zərər vurdu.

Bu gün axşam saatlarından qərb bölgəsində qeyri sabit hava şəraiti bəzi rayonlarda güclü dolu ilə müşahidə olunub.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dolu Daşkəsən rayonunun bir çox kəndlərinə ciddi ziyan vurub.  

Daşkəsən rayon icra hakimiyyətindən bildirilib ki, intensiv yağan dolu əsasən Əhmədli və Dəstəfur kəndlərinə ziyan vurub. Yağan güclü yağış nəticəsində isə Quşçu kəndinə sel gəlib.

Təsərrüfatlara dəyən zərərlə bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO