İsmayıllıda DƏHŞƏT: Tənha qadını itlər parçaladı

İsmayıllıda DƏHŞƏT: Tənha qadını itlər parçaladı

Hazırda oxunan: İsmayıllıda DƏHŞƏT: Tənha qadını itlər parçaladı

135474

İsmayıllı rayon sakini itlərin hücumuna məruz qalıb. 

Bizim.Media "unikal.az"a istinadən xəbər verir ki, bu gün rayonun Qubaxəlilli kənd sakini, 1956-cı il təvəllüdlü Yusifova Aidə İlyas qızına yaşadığı evin həyətində itlər hücum edib.

Sahibsiz küçə itləri yerə yıxılan ahıl yaşlı qadının üz, baş və çiyin nahiyyəsindən dişləyərək xəsarət yetiriblər.   

O, təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə aparılıb. Tənha yaşayan qadının xəsarətləri ağır olduğu üçün ona quduzluğa qarşı vaksin vurulub, hazırda xəstəxanada müalicə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO