“Azərpoçt”un direktoru vəzifədən getdi, yeni təyinat var

“Azərpoçt”un direktoru vəzifədən getdi, yeni təyinat var

Hazırda oxunan: “Azərpoçt”un direktoru vəzifədən getdi, yeni təyinat var

13546

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyev vəzifəsindən azad edilib.

Bizim.Media xəbər verir ki, şirkətə rəhbərlik ötən aydan baş direktorun müavini olan Əfqan Cəlilova həvalə olunub.

Xatırladaq ki, Ə.Cəlilov “Azərpoçt”dan əvvəl uzun illər hazırda ləğv prosesində olan “AGBank” ASC-nin İdarə Heyətinin sədri olub.

Bundan başqa, 2016-cı ildən dövlət şirkətində baş direktor müavini vəzifəsində çalışan Hacı Hacıyev də vəzifəsindən kənarlaşdırılıb, 2004-cü ildən baş direktorun müavini olan Sübhan Kazımov isə vəzifəsində saxlanılıb.

Beləliklə, hazırda milli poçt operatorunun rəhbərliyində 3 nəfər təmsil olunur. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO