68 yaşlı qadın vaxtilə övladlığa götürdüyü 14 yaşlı yeniyetmədən İMTİNA ETDİ  

68 yaşlı qadın vaxtilə övladlığa götürdüyü 14 yaşlı yeniyetmədən İMTİNA ETDİ  

Hazırda oxunan: 68 yaşlı qadın vaxtilə övladlığa götürdüyü 14 yaşlı yeniyetmədən İMTİNA ETDİ  

135439

Bakıda qadın 14 yaşında qeyri-rəsmi övladlığa götürdüyü yeniyetmədən imtina edir. 68 yaşlı qadın övladlığa götürdüyü uşağın sığınacağa yerləşdirilməsini tələb edir. 

Bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sığınacağına müraciət edən  qadın himayəsinə götürdüyü uşağın heç bir sənədinin olmadığını bildirib.  

Məsələ ilə bağlı Bizim.Media-ya məlumat verən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, 14 yaşlı qız onların sığınacağına Nəsimi Rayon 19-cu Polis Bölməsi tərəfindən gətirilib: 

“Uşağa bu günə qədər heç bir sənəd alınmayıb. Mən yeniyetməni övladlığa götürən qadına izah elədim ki, Sosial Xidmətlər Agentliyinə müraciət etməlidir.

Eyni zamanda məsələnin araşdırlması yerli icra hakimiyyəti ilə birgə koordinasiyalı şəkildə həyata keçirilməlidir. Mən məlumat əldə etdim ki, uşağın doğum haqqında şəhadətnaməsi var. Amma o da saxtadır.  

Hazırda bununla bağlı araşdırmalara başlanıb. İndidən nəsə demək çətindir. Qadının uşaqdan imtina etməyinin səbəbi davranışlarını idarə etməməsi və özünün də bu münasibətə adekvat olmamasıdır. Uşaqla konflikti birinci gün deyil, dəfələrlə olub. Onu da deyim ki, uşağın yerləşdirilməsi ilə bağlı bir həftə öncə Sosial Xidmətlər Agentliyinə hüquq mühafizə orqanları tərəfindən müraciət də olunub”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO