20-yə yaxın şəxsin bank kartından pul oğurlayan şəxs TUTULDU - FOTO/VİDEO

20-yə yaxın şəxsin bank kartından pul oğurlayan şəxs TUTULDU - FOTO/VİDEO

Hazırda oxunan: 20-yə yaxın şəxsin bank kartından pul oğurlayan şəxs TUTULDU - FOTO/VİDEO

135436

Daxili İşlər Nazirliyinə naməlum şəxsin “telegram” ani mesajlaşma sistemində elanlar yerləşdirərək şəbəkə istifadəçilərini beynəlxalq maliyyə birjalarında kriptovalyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə ediləcəyi adı altında aldadaraq onlara qarşı dələduzluq edildiyi barədə çoxsaylı müraciətlər daxil olub. 

Bizim.Media xəbər verir ki, müraciətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazazidd hərəkətləri törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Elçin Novruzzadə saxlanılıb. 

Müəyyən edilib ki, Elçin Novruzzadə əsasən xaricdən idarə olunan həmin “telegram” profillərinin müxtəlif ölkələrdə yaşayan və şəxsiyyətləri istintaqla araşdırılan adminləri ilə cinayət əlaqəsinə girərək onlara müracət edərək pul göndərən şəxslərə kriptovalyuta alqı-satqısı və beynəlxalq birjalara yatırım etməklə artan xətt üzrə gəlir əldə edəcəkləri barədə yalan vədlər verib. 

Elçin Novruzzadə, həmçinin 20-yə yaxın zərərçəkənin bank kartlarındakı məlumatları da ələ keçirərək hesablarda olan pulların oğurlanmasını və müxtəlif üsullarla xarici ölkələrdəki hesablara köçürülməsini təmin edib.
Faktlarla bağlı Elçin Novruzzadə barəsində Baş İdarədə araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
 






Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO