Laçında Sarıbaba dağından şəhərədək su xətti çəkilib - FOTO/VİDEO 

Laçında Sarıbaba dağından şəhərədək su xətti çəkilib - FOTO/VİDEO 

Hazırda oxunan: Laçında Sarıbaba dağından şəhərədək su xətti çəkilib - FOTO/VİDEO 

135358

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi işğaldan azad olunmuş Laçın şəhərində xüsusi hadisə ilə qeyd edilib. Laçın rayonunun Sarıbaba dağ silsiləsində, dəniz səviyyəsindən 1840 metr yüksəklikdəki Xırmanlar kəndi ərazisindən şəhərin dağ yamacına 8900 metrlik su xətti çəkilib. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, təbii bulaq suyu 300 metr yüksəklikdən öz axarı ilə şəhərə gətirilib.

Su xəttinin çəkilişində 20 min kubmetrdən çox torpaq işləri görülüb. Bundan başqa, müasir suvarma sistemi dağətəyi ərazidə və dağ yamacındakı geniş yaşıllıqları yayın quraqlığından xilas edəcək. 

Mayın 10-da Laçın şəhərinin Kəlbəcər, Şuşa və Qubadlı istiqamətlərindəki girişlərində Bakı Abadlıq Xidməti, DİN Laçın polis şöbəsi rəhbərliyinin və doğma şəhərin abadlaşması üçün çalışan laçınlıların iştirakı ilə ağacəkmə aksiyası keçirilib. 
Erməni vandalizmi nəticəsində məhv edilmiş qədim ağacların kötükləri yanında salınan yaşıllıq zolaqları tarix üçün ibrətamiz mənzərədir. Böyük dağıntılardan sonra yenidən qurulmuş evlərin həyətində əkilən meyvə ağacları bu abad şəhərdə məskən salan yeni nəsillərlə birlikdə böyüyüb bar verəcək. 
 



Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO