Zəngəzura rep yazıldı: Dünyada sürətlə reytinq qazanır - VİDEO 

Zəngəzura rep yazıldı: Dünyada sürətlə reytinq qazanır - VİDEO 

Hazırda oxunan: Zəngəzura rep yazıldı: Dünyada sürətlə reytinq qazanır - VİDEO 

135302

Tanınmış reper Paster (Pərviz Quluzadə) çoxdandır səbirsizliklə gözlənilən yeni albomunu 27 aprel tarixində dinləyicilərin ixtiyarına verib. “Çirkin” adlı musiqi albomu qısa müddət ərzində bütün platformalarda 1 000 000 dinləmə toplayıb. 

Bizim.Media “sfera.az”a istinadən xəbər verir ki, həmin albomdan olan, milli musiqi üzərində yazılan, “Zəngəzur” treki isə xüsusi olaraq dinləyicilər tərəfindən bəyənilib. Pasterin dünyanın bir neçə yerindən olan, pərəstişkarları “Zəngəzur” trekini səsləndirərək videolar paylaşıblar.

Həmin görüntülər sosial şəbəkələrdə viral olub. 

Həmçinin yeni albomla işıq üzü görən “Malakan”, “Aydınlandım” və “Easy Job” trekləri də hazırda ən çox dinlənilənlər arasındadır. 

Qeyd edək ki, uzun zamandır səhnələrdən uzaq olan Paster, bu yaxınlarda dinləyicilərini sevindirəcəyini bildirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO