Azərbaycanda ali məktəblərə qəbul olan tələbələrə hərbi xidmətdən möhlət hüququ verilir. Lakin, orta ixtisas məktəblərinə qəbul olan tələbələrə belə bir möhlət verilmir. Üstəlik, ali məktəb məzunu 1 il, kollec tələbələri isə 1,6 il hərbi xidmət keçir. Bütün bunlar haqlı olaraq narazılıq yaradır.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Razi Nurullayev bildirib ki, kolleclərə qəbul olunan tələbələrə də hərbi xidmətdən möhlət hüququ verilməsi yaxşı olardı:
“Çünki, tələbənin təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanması onu təhsildən bir qədər soyudur. Xidmətdən il yarım sonra geri qayıdıb yenidən təhsilini davam etdirən tələbədə adaptasiya zamanı müəyyən problemlər yaranır. Üstəlik, bizdə ali məktəb tələbələrinə möhlət hüququ verilir. Əgər ali məktəblərdə möhlət verilirsə, orta ixtisas məktəblərində möhlət niyə verilmir? Burda da ədalətsizlik var. Ona görə də orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi həm dediyimiz ədalətsizliyi aradan qaldırar, həm də həmin tələbələrin təhsilinə müsbət təsir edər”.
Qeyd edək ki, məsələ Elm və Təhsil Nazirliyinin də gündəmindədir. Nazir müavini İdris İsayev bir neçə gün öncə mətbuata açıqlamasında bildirib ki, orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı təkliflərimizi həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də digər aidiyyəti qurumlara göndərmişik:
“Burada tam möhlət hüququnun verilməsindən söhbət getmir. Bildiyiniz kimi təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:10 / 10.05.2023
Kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ veriləcək? – AÇIQLAMA
Hazırda oxunan: Kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ veriləcək? – AÇIQLAMA
Hazırda oxunan: Kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ veriləcək? – AÇIQLAMA
135237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.