Qarabağdakı məscidlərin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA 

Qarabağdakı məscidlərin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Qarabağdakı məscidlərin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA 

135201

"Qarabağın işğaldan azad edilmiş ərazilərdə məscid tikintiləri və tarixi dini abidələrin bərpası cənab Prezidentin və birinci vitse-prezidentin diqqət mərkəzindədir" . 

Bizim.Media xəbər verir ki bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə bununla bağlı xüsusi proqram tərtib olunub və proqrama uyğun işğaldan azad edilmiş ərazilərdə məscidlər inşa olunur: 

"Əsas fikir verilir ki, məscidlər əvvəlki formada bərpa olunsun. Çünki ermənilər işğal zamanı əksər məscidlərimiz məhv etmişdilər. Onları dağıdaraq vandalizm nümayiş etdirmişdilər. Şuşada olan Gövhər Ağa məscidini də dəyişdirməyə cəhd etmişdilər. Bütün bu məscidlərin bərpası başa çatdırılacaq. Dönüş, qayıdış prosesi yekunlaşdıqdan sonra həmin yerlərə də din xadimlərinin təyinatını həyata keçirəcəyik". 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO