Prokurorluqdan Binəqədidə baş verən qətllə bağlı MƏLUMAT 

Prokurorluqdan Binəqədidə baş verən qətllə bağlı MƏLUMAT 

Hazırda oxunan: Prokurorluqdan Binəqədidə baş verən qətllə bağlı MƏLUMAT 

135015

Mayın 8-i saat 23 radələrində paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi ərazisində ürək nahiyəsindən kəsici-dişici alətlə yetirilməyə xarakterik xəsarət olan kimi meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.  

Bu barədə Bizim.Media-ya Binəqədi rayon prokurorluğundan məlumat verilib. 

Məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Elgün Abbasovun aralarında yaranmış mübahisə zamanı bıçaqla 1978-ci il təvəllüdlü Rahib Mehdiyevə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elgün Abbasov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.  

Hazırda istintaq davam edir. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO