Respublika fənn olimpiadalarının Oğuzdan olan QALİBLƏRİ - FOTO

Respublika fənn olimpiadalarının Oğuzdan olan QALİBLƏRİ - FOTO

Hazırda oxunan: Respublika fənn olimpiadalarının Oğuzdan olan QALİBLƏRİ - FOTO

134970

Elm və Təhsil Nazirliyi tərəfindən fənn olimpiadalarının final mərhələsinin nəticələri elan edilib. Oğuz rayonu üzrə aşağıda qeyd edilən şagirdlər mükafata layiq yerlər tutub.

Bizim.Media-nın yerli bürosu rayon təhsil sektoruna istinadən xəbər verir ki, M.F.Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Güləbatın Bəkirli coğrafiya fənnindən I yer, qızıl medala, Əmrah Nəbiyev adına Tərkeş kənd tam orta məktəbin VIII sinif şagirdi Amin Məmmədov tarix fənnindən II yer, gümüş medala layiq görülüb.  

Növbəti uğurlar isə Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-liseyin şagirdlərinin adı ilə bağlıdır.

Belə ki,  IX t sinif şagirdi Gülər Ənsərli tarix fənnindən II yer, gümüş medala, IX t sinif şagirdi İlham Cabbarzadə coğrafiya fənnindən III yer, bürünc medala, IX h sinif şagirdi Uğur Kərimli tarix fənnindən III yer, bürünc medala və məktəb-liseyin VIII h sinif şagirdi Fərid Məmmədov tarix fənnindən III yer, bürünc medala layiq görülüb. 

Təhsil sektorundan o da bildirilib ki, qaliblərdən iki nəfər coğrafiya, daha dördü isə tarix fənni üzrə müxtəlif yerlərə layiq görülərək Oğuz təhsilində bir ilkə imza atıblar.  

Təhsil sektoru Fənn olimpiadalarının final mərhələsində qalib gələn şagirdləri, onların valideynlərini, bu qələbənin əldə edilməsində əməyi keçən ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərini, ilk növbədə həmin şagirdlərə dərs deyən fənn müəllimlərini təbrik edib,gələcək işlərində onlara uğur diləyib. 












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO