Bakıda bir sıra küçələrdə çəkiliş zamanı ərazilərdə zibil tullantılarının olması üzə çıxıb.
Bizim.Media ARB telekanalına istinadən xəbər verir ki, bəzi şəxslər zibilləri qutuya atmaq əvəzinə onları avtobus dayanacaqlarının dəmirlərinə bərkidir və ya yerə atırlar.
Küçələrin hər gün aidiyyəti qurumların əməkdaşları tərəfindən təmizlənməsinə baxmayaraq insanların mütəmadi olaraq yerə zibil atması acınacaqlı vəziyyəti ortaya qoyub.
Məlumat üçün bildirək ki, qanunvericilikdə ətrafı zibilləyənlər üçün 50 AZN cərimə nəzərdə tutulub.
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Bizim.Media