Bakıda axtarışda olan şəxs 2 polisə XƏSARƏT YETİRDİ

Bakıda axtarışda olan şəxs 2 polisə XƏSARƏT YETİRDİ

Hazırda oxunan: Bakıda axtarışda olan şəxs 2 polisə XƏSARƏT YETİRDİ

134842

Bakının Xəzər rayonunda axtarışda olan şəxs 2 polisə xəsarət yetirib.

Bizim.Media xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.

Belə ki, axtarışda olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları Rəcəbov Yavər Mərdan oğlu və Yolçuyev Xəzər Şakir oğluna bıçaq xəsarətləri yetirib. 

Bundan başqa, o öz qohumu, 1966-ci il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, valideynlərinin müraciəti əsasında polis əməkdaşları əqli çatışmazlığı olan H.Ağayevin aqressiv hərəkətləri ilə ictimai təhlükə yaratmasının qarşısını alarkən şəxs iki polis əməkdaşına yüngül xəsarət yetirib.
H.Ağayev polis əməkdaşları tərəfindən qeydiyyatda olduğu ruhi əsəb dispanserinə yerləşdirilib. Fakt araşdırılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO