Kürdəmirdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "Yubiley Kuboku"nun final mərhələsi keçirilib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, 6 həftə davam edən "Yubiley Kuboku" uğrunda mübarizədə ümumilikdə 45 tam orta məktəbdən 270 gənc iştirak edib.
Olduqca maraqlı keçən final mərhələsində düzgün cavab sayına görə ən çox xal toplamış Kürdəmir şəhər T.İsmayılov adına 1 saylı tam orta məktəbin "Dahi" komandası 1-ci yer, S.Paşayev adına 6 saylı tam orta məktəbin "Dəmir yumruq" komandası 2-ci yer, E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbin "Qoşqar" komandası isə 3-cü yeri qazanıb.
Qeyd edək ki, yarış Kürdəmir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilib.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu