BANM və “SOCAR Polymer”x9d MMC arasında razılaşma...

BANM və “SOCAR Polymer”x9d MMC arasında razılaşma...

Hazırda oxunan: BANM və “SOCAR Polymer”x9d MMC arasında razılaşma...

134793
Bakı Ali Neft Məktəbi (BANM) və “SOCAR Polymer”x9d Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Moderator.az xəbər verir ki, tədbirdə “SOCAR Polymer”x9d Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Fərid Cəfərov, Cəmiyyətin nümayəndələri, BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb. O, Cəmiyyətin gənc Azərbaycanlı mütəxəssisləri tərəfindən “SOCAR Polymer”x9d adlı böyük və beynəlxalq miqyaslı tikinti layihəsinin həyata keçirilməsindən qürur duyduğunu deyib. Rektor Elmar Qasımov bu layihəni ölkəmizin gələcəyinin, iqtisadiyyatımızın, qeyri-neft sektorunun və sənayenin inkişafı kimi qiymətləndirib. O, həmçinin “SOCAR Polymer”x9d zavodunun tikilməsi nəticəsində yeni mühəndis kadrlara tələbatın artacağını qeyd edərək bununla BANM tələbələri üçün daha geniş iş imkanlarının yaranacağını diqqətə çatdırıb. Sonda rektor BANM və Cəmiyyət arasında qurulan əməkdaşlığın “Kimya mühəndisliyi”x9d ixtisası üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və “ömürboyu təhsil”x9d konsepsiyası çərçivəsində biliklərin yayılmasına böyük təkan verəcəyini bildirib.

“SOCAR Polymer”x9d Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Fərid Cəfərov ingilisdilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM kimi ali təhsil ocaqla əməkdaşlıq qurmaqdan şad olduğunu bildirib. O, BANM-də yetişdirilən gələcək mühəndis kadrların Azərbaycanın sənayesinin parlaq gələcəyinə zəmin yaratdığını deyib. F.Cəfərov, yaradılan əməkdaşlığın BANM-də “Kimya mühəndisliyi”x9d ixtisası üzrə müasir tədris proqramı əsasında mühəndis kadrların hazırlanmasına, “Kimya mühəndisliyi”x9d ixtisası üzrə tədris və tədqiqat mərkəzinin yaradılmasına və digər istiqamətlərdə birgə işlərin həyata keçirilməsinə imkanlar yaradacağını bildirib. Sonra F.Cəfərov “SOCAR Polymer”x9d tikinti layihəsi haqqında geniş məlumat verib.

Cəmiyyətin müxtəlif sahələrində çalışan əməkdaşların layihə haqqında geniş təqdimatlarından sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda BANM və “SOCAR Polymer”x9d MMC arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Razılaşmaya əsasən, tərəflər arasında Cəmiyyətin aparıcı mütəxəssislərinin BANM-də mütəxəssis hazırlığı proqramları çərçivəsində tədrisə müəllim kimi cəlb olunması, tələbələrin Cəmiyyətin tabeliyində olan obyektlərə səfərlərinin təşkili və strukturlarında istehsalat təcrübəsi keçməsi, kimya texnologiyalarının inkişafı məsələlərinə həsr olunmuş seminarların və konfransların birgə təşkili və digər məsələlər barədə razılıq əldə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO