Cəbrayıl-Hadrut avtomobil yolu ilə bağlı yeni DETALLAR - FOTO

Cəbrayıl-Hadrut avtomobil yolu ilə bağlı yeni DETALLAR - FOTO

Hazırda oxunan: Cəbrayıl-Hadrut avtomobil yolu ilə bağlı yeni DETALLAR - FOTO

134770

“Prezidentin izi ilə” Xocavənd və Füzuli rayonlarında səfərdə olan jurnalistlərə Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikinti işləri barədə məlumat verilib. 

Bizim.Media xəbər verir ki, AAYDA-nın Regional və yerli yollar şöbəsinin rəisi İlham Süleymanov media nümayəndələrinə müsahibəsi yolun ümumi uzunluğu və yol üzərində inşa edilmiş digər qurğular haqqında danışıb.

“Ümumi uzunluğu 37.7 kilometr olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8.2 kilometirlik hissəsinin açılışı həyata keçirildi. Yol birinci texniki dərəcəyə uyğun tikilib. Dörd hərəkət zolağından ibarətdir. Yolun 8.2 kilometrlik hissəsinin üzərində dörd avtobus dayanacağı, bir ədəd uzunluğu 79 metr olan körpü və 15 ədəd müxtəlif diametrli su ötürücü borular tikilib təhvil verilib. Yolda gördüyünüz kimi 8.2 kilometrlik hissədə son tamamlama işləri tərəfimizdən yekunlaşıb. Bundan başqa səfər çərçivəsində bizim bir dənə də açılışını elədiyimiz Füzuli-Hadrut yolu oldu ki, onun da ümumi uzunluğu 10.2 kilometrdir”, deyə o, qeyd edib.

İ.Süleymanov həmçinin əlavə edib ki, sözügedən yolda da bütün işlər yekunlaşıb. Həmin yol da birinci texniki dərəcəyə uyğun tikilib və yolun üzərində 18 paqon metr uzunluğunda körpü inşa edilib. Yolun üzərində 8 ədəd müxtəlif diamertli su ötürücü boru, heyvan keçidi də daxil olmaqla 7 ədəd düzbucaqlı borular inşa olunub.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO