Bakı-Ələt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Bakı-Ələt yolunun 30-cu kilometrliyində, “Ümid” yaşayış qəsəbəsinin girişində “Ford Crassover” markalı avtomobillə, “Hyundai” markalı yük avtomobili toqquşub.
Yük avtomobilinin sürücüsünün verdiyi ifadəyə əsasən, hadisəyə səbəb “Ford Crassover” markalı avtomaşının xanım sürücüsü olub.
Belə ki, o, idarəetməni itirərək hərəkətdə olan yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində “Ford Crassover” markalı avtomobilin sürücüsü xəsarət alıb. Xanım dərhal Təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya aparılıb.
İlkin ehtimallara görə, hadisə nəticəsində ölən olmayıb.
Hadisənin təfərrüatları araşdırılır.
Əfqan Pənahoğlu, Bizim.Media