Xəbər verdiyimiz kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, Vətən müharibəsi qazisini döyən Rəvan Nəbizadə polis əməkdaşları tərəfindən saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Növbəni pozmaq istəyən idmançı agentliyin qazi əməkdaşının ÇƏNƏSİNİ QIRIB – ANBAAN VİDEO
Onun barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.
Sosial şəbəkələrdə Rəvan Nəbizadənin saxlanılma anının video görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik: