Yardımlıda torpaq SÜRÜŞMƏSİ: Yolda hərəkət məhdudlaşdı

Yardımlıda torpaq SÜRÜŞMƏSİ: Yolda hərəkət məhdudlaşdı

Hazırda oxunan: Yardımlıda torpaq SÜRÜŞMƏSİ: Yolda hərəkət məhdudlaşdı

134508

Yardımlı rayonunda torpaq sürüşməsi olub və nəticədə yolda hərəkət məhdudlaşıb. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, hadisə Masallı-Yardımlı avtomobil yolunun 52-ci km-də baş verib. 

Yolun hərəkət zolağının 60 metrə yaxın hissəsi yararsız hala düşüb. Torpaq sürüşməsi zamanı ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb. 

Dağıntı səbəbindən ərazidən keçən qaz xətti zədələnib. Lakin görülən təcili tədbirlər nəticəsində qaz xəttində yaranan qəza aradan qaldırılıb. 

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, məsələ ilə bağlı adiyyəti üzrə müvafiq dövlət qurumları məlumatlandırılıb. Məlumata görə, torpaq sürüşməsinə son günlər rayon ərazisinə yağan intensiv yağıntılar səbəb olub. 
Qeyd edək ki, bu gün Siyəzən rayonunun Sədan kəndində də torpaq sürüşməsi baş verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO