Havaların son günlər qeyri-sabit keçməsi nəticəsində şimal bölgəsindəki bir müddət əvvəl qarın əridiyi dağlara yenidən qar yağıb.
Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, Qusarın Ləzə və Yergikek kəndləri ərazisində yağan qar bu gün günün sonunacan ərisə də, yaxınlıqdakı dağlarda görünən qar xoş mənzərə yaradıb.
Bu ərazilərdə qış bahara heç cür təslim olmaq istəmir.
Həmin görüntüləri təqdim edirik.
Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu