Ali və ya orta təhsili olmayan tərbiyəçi-müəllimlərin ixtisarı ilə bağlı AÇIQLAMA 

Ali və ya orta təhsili olmayan tərbiyəçi-müəllimlərin ixtisarı ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Ali və ya orta təhsili olmayan tərbiyəçi-müəllimlərin ixtisarı ilə bağlı AÇIQLAMA 

134352

"Məktəbəqədər təhsil müəssisələrində 5800 tərbiyəçi-müəllimin müvafiq ixtisas sənədi olmadan işləməsi 20-30 il ərzində baş verən prosesdir". 

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, dəqiq rəqəmlərin olması diplomların ilk dəfə məlumat bazasında toplanması ilə əlaqədardır. 

"Bu toplamadan sonra bütün uyğunsuzluqlar üzə çıxır. Sistemdə üç qrup insan var. Bir qrupun ali pedoqoji təhsili var, amma o məktəbəqədər deyil. İkinci qrup insanların ali təhsili var, amma pedaqoji deyil. Məsələn, mühəndis, maliyyəçidir. Üçüncü qrup insanlar var ki, onların bizdə sənədi yoxdur. Ola bilər ki, sənədləri var, amma bizim sistemimizdə yoxdur. 

Təqdim etməyibsə, biz ona ən aşağı dərəcə ilə maaş veririk. Sənədlərin təqdim edilməsi vacibdir". 

Nazir uzun müddət həmin müəllimlərə ixtisas səviyyələri hesablanmadan əmək haqqı ödənildiyini xatırladıb. 

"Qanunvericiliyə uyğun olaraq qaydaya salmağa çalışırıq. Bu, heç bir halda müəllimlərin, tərbiyəçilərin kütləvi ixtisarı anlamına gəlmir. Tədricən mərhələli şəkildə diaqnostika və sertifikasiya həyata keçirilməklə müəyyən qaydaya alınır. Düşünürəm ki, yavaş-yavaş məsələni qaydasına qoyacağıq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO