Füzulidən Ermənistanla sərhədə uzanan dəmir yolunun inşası BU TARİXDƏ yekunlaşacaq

Füzulidən Ermənistanla sərhədə uzanan dəmir yolunun inşası BU TARİXDƏ yekunlaşacaq

Hazırda oxunan: Füzulidən Ermənistanla sərhədə uzanan dəmir yolunun inşası BU TARİXDƏ yekunlaşacaq

134183

“Biz işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra satılan, Füzulidən Zəngilana və demək olar Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “NATO-nun ikinci dövləti ilə saziş imzaladıq”


Dövlətimizin başçısı deyib ki, Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq. 

Ermənistanın bu layihə qarşısında süni maneələr yaradacağı təqdirdə bundan yalnız uduzacağını vurğulayan Prezident İlham Əliyev qeyd edib:

“Çünki bu gün bizim Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışımız var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə fiziki bağlantıları yoxdur”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO