7 yaşlı uşağın ölümündə anasının “əli” OLUB? – Sensasion İDDİA

7 yaşlı uşağın ölümündə anasının “əli” OLUB? – Sensasion İDDİA

Hazırda oxunan: 7 yaşlı uşağın ölümündə anasının “əli” OLUB? – Sensasion İDDİA

134128

“Sumqayıtda idman zalında ölən uşağın anasından gözüm su içməmişdi. Bu gün səhər mənə gələn zəngdən bir daha əmin oldum ki, bu qadın o manyak qədər uşağın ölümündə rol alıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri Facebook hesabında tanınmış jurnalist Ləman Ələşrəfqızı yazıb. Jurnalistin sözlərinə görə bu şübhələri əsaslandıran onun köhnə tanışlarından biridir:
 

MÖVZU İLƏ BAĞLI:

Fərid Bakarovun anası oğlunun ölümü ilə nəticələnən hadisənin təfərrüatını DANIŞDI - VİDEO 


“Həyat yoldaşı hadisə yerinə ən tez  yetişən polis əməkdaşlarından biri olub. O nələr görüb, nələr. Qadın deyir ki, müharibə iştirakçısı olan həyat yoldaşım 3 gündür özünə gələ bilmir.

Körpənin cansız bədəni onun qucağında olub. Bədənində dişlək  yerləri polis əməkdaşını şübhələndirib. Anasından soruşanda deyib ki, uşağımı əzizləyəndə onu belə dişləyirəm.

Görüntülər ortaya çıxandan sonra ana adlı məxluq sözlərini dəyişib. 

Görüntülər isə tək paylaşılanlardan ibarət deyil. Uşağa işgəncə kadrları yenə var. Bəs, bu şərəfsiz niyə məhz 7 yaşlı bu uşağı hədəf seçib? Bu sualın cavabı da məncə ana adlı o məxluqatdadır. Qısası, "ana havalanıb", " bədbəxt, zavallı ana" ifadələrini yazanda heç tələsməyin. Bədbəxt 7 yaşlı o körpə idi, onu da Allah öz yanına apardı. Cinayətkarların cəzası isə ağır olmalıdır”.

Xatırladaq ki, hadisə H.Z.Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib. Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. O, Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Qeyd edək ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilovla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə hələ ki Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO