Tərtərdə məktəblilər evlənmək məqsədilə qoşulub qaçıb.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Köçərli kəndində baş verib.
X sinif şagirdi olan oğlan həmkəndlisi, eyni məktəbin IX sinif şagirdini qaçırıb.
Faktı rəsmi mənbələr təsdiqləyib.
Şagirdlər yetkinlik yaşına çatmadıqları üçün adları açıqlanmayıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu