Məhsul bol, qiymət sərfəli. Fermerlərin üzü gülür.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, Cəlilabadda artıq yazlıq kartofun yığımına başlanılıb. Hazırda kiçik təsərrüfatlarda istixana şəraitində yetişdirilmiş məhsulun yığımı davam edir.
Fermerlər bu il yeni “Arizona” kartof sortu əkdikləri üçün üzləri gülür. Bunun isə müxtəlif səbəbləri var.
Uzun müddətdir təsərrüfatla məşğul olan Kamran Əyyubov deyir ki, bu ilki təsərrüfat çox yaxşı məhsul verib. Baxmayaraq ki, bir-neçə gün əvvəl əsən güclü külək və yağan dolu açıq sahələrdə əkilən təsərrüfatlara ciddi ziyan versə də istixana şəraitində yetişdirilən kartofa zərərsiz ötüşüb. Çünki həm artıq məhsulun yığım vaxtıdır, həm də üstü bağlı olduğu üçün əks təsir edə bilməyib.
Müsahibimiz “Arizona” kartof sortunu ötəl il əkib və yaxşı nəticə əldə edib. Məhz bu səbəbdən bu mövsüm də təsərrüfatında sözügedən kartof toxumundan istifadə edib. Bu sortun daha öncə əkdikləri “Udaçi”, “Kemirov”, “Sverdlov” sortlarından iki dəfə məhsuldar olduğu qeyd edib.
Qiymətlər ötən ildəkindən aşağı olsa da məhsul çoxluğu qiyməti tənzimləyir.
Qeyd edək ki, hazırda kartofun hər kiloqramı üçün alıcılar fermerlərə 1 manat təklif edir.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 04.05.2023
Məhsul bol, qiymət SƏRFƏLİ – Cəlilabadda kartof yığımına start verildi – FOTO
Hazırda oxunan: Məhsul bol, qiymət SƏRFƏLİ – Cəlilabadda kartof yığımına start verildi – FOTO
Hazırda oxunan: Məhsul bol, qiymət SƏRFƏLİ – Cəlilabadda kartof yığımına start verildi – FOTO
134110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.