Qar dağ kəndlərinin sakinlərini sevindirib - FOTO/VİDEO

Qar dağ kəndlərinin sakinlərini sevindirib - FOTO/VİDEO

Hazırda oxunan: Qar dağ kəndlərinin sakinlərini sevindirib - FOTO/VİDEO

134076

Qış aylarında ən çox şaxta görən Qubanın Qrız kəndinə  mayın 3-də qar yağıb. Bu hal sakinləri çox təəccübləndirib, çünki bu ərəfədə kəndə nadir hallarda qar yağır.

Bizim.Media xəbər verir ki, qarın yağmasına Qrız və Xınalıq kəndlərinin sakinləri çox sevinir.

Bildirirlər ki, quraqlığın geniş müşahidə edildiyi bir vaxtda  yaz qarının və yağışın yağması əkin və tərəvəz sahələri  üçün çox xeyirlidir.

Dağ camaatı  bu ərazilərdə əsasən əkinçilik və maldarlıqla məşğul olur. Yağan qar və yağışın dəmyə şəraitində yerləşən otlaq sahələrinin canlanmasına daha çox səbəb olacağı şübhəsizdir.

Dağ çaylarında da sululuğun artacağı müşahidə  edilir. Bu mənada may qarını sakinlər müjdə və ruzi kimi qiymətləndirir.

Yağıntılı hava şəraiti davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO