Töhmət verilən və işdən çıxarılan dövlət qulluqçularının sayı AÇIQLANDI

Töhmət verilən və işdən çıxarılan dövlət qulluqçularının sayı AÇIQLANDI

Hazırda oxunan: Töhmət verilən və işdən çıxarılan dövlət qulluqçularının sayı AÇIQLANDI

134058

Ötən il ərzində «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarının tələblərini pozan 161 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 58-i mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 103-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2022-ci il üzrə hesabatda qeyd olunub.

Bildirilib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilmiş 161 intizam tənbeh tədbirindən 140-ı töhmət, 9-u dövlət qulluğundan azad edilmə, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 1-i vəzifə maaşının azaldılması, 1-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması olub. 8 intizam tənbeh tədbirinin növü qeyd edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO