Şuşada ilk DOST mərkəzi açılacaq 

Şuşada ilk DOST mərkəzi açılacaq 

Hazırda oxunan: Şuşada ilk DOST mərkəzi açılacaq 

133989

Tezliklə Bərdə şəhərində növbəti DOST mərkəzi istifadəyə veriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə DOST Agentliyinin mətbuat katibi Şahin Əliyev APA-nın sorğusuna cavab olaraq bildirib. 

O qeyd edib ki, Mərkəzin yaxın zamanlarda vətəndaşlara xidmətə başlayacağı gözlənilir: 

"Bu, Qarabağ iqtisadi rayonunda ilk DOST mərkəzi olacaq. Qarabağda daha bir DOST mərkəzi Şuşa şəhərində fəaliyyət göstərəcək. Mərkəzin yerləşəcəyi binada hazırda təmir işləri aparılır. Eyni zamanda Qubada və Naxçıvanda DOST mərkəzləri üçün binaların tikintisi davam edir". 
Xatırladaq ki, hazırda beşi Bakıda, biri Abşeron rayonunda olmaqla altı DOST mərkəzi fəaliyyət göstərir. Həmçinin Şərqi Zəngəzur İqtisadi rayonunda, Zəngilanın Ağalı kəndində Smart DOST məntəqəsi sakinlərin ixtiyarına verilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO