İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik EDİLDİ - QƏRAR

İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik EDİLDİ - QƏRAR

Hazırda oxunan: İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik EDİLDİ - QƏRAR

133982

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında qərar qəbul edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə qərarı Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova imzalayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

“İctimai TV”nin Yayım Şurasına yeni üzvlər seçildi – SİYAHI


Milli Məclisin qərarına əsasən: 

“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun I hissəsinin 5-ci bəndinə və "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2–17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər: 

Həsən Şahhüseyn oğlu Cəfərov – namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür; 

Teymur Həşim oğlu Kərimli – namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdür; 

Azər Hacıqulu oğlu Həsrət – namizədliyi Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüşdür”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO