Döyülərək öldürülən 7 yaşlı uşağın babası: “Uşağın içalatı yoxdur, qırılıb hər şeyi, beyni dağılıb” – VİDEO 

Döyülərək öldürülən 7 yaşlı uşağın babası: “Uşağın içalatı yoxdur, qırılıb hər şeyi, beyni dağılıb” – VİDEO 

Hazırda oxunan: Döyülərək öldürülən 7 yaşlı uşağın babası: “Uşağın içalatı yoxdur, qırılıb hər şeyi, beyni dağılıb” – VİDEO 

133938

“Dünənki videoya (sosial şəbəkələrdə yayılan görüntülər - red.) baxdım və təfərrüatları öyrəndim. Qızım uşağı idmana aparıb, orda görüb ki, halı pisləşir. Anası içəri daxil olub, məşqçi anasını qovub. Deyib ki, idmandır da, burada heç nə yoxdur. Çıxandan sonra görüb ki, uşağın halı yoxdur”. 

Bizim.Media xəbər verir ki, bunu döyülərək öldürülən 7 yaşlı uşağın babası İctimai Televiziyaya açıqlamasında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Həlak olan 7 yaşlı Fəridin atası: “Məşqçiyə ən ağır cəzanın verilməsini istəyirəm"


O bildirib ki, uşaq məktəbdən evə gətirildikdən sonra vəziyyəti pisləşdiyi üçün xəstəxanaya aparılıb: 

“Müəllim deyib ki, çox qaçıb, yorulub. Uşağı halsız vəziyyətdə evə gətiriblər. Bundan sonra xəstəxanaya aparıblar. Orada həkim deyib ki, bunun içalatı yoxdur, qırılıb hər şeyi, beyin hissəsi dağılıb, bu uşaq yoxdur. Eləcə uşaq xəstəxanada keçinib”.

Xatırladaq ki, hadisə H.Z.Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib. Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. O, Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO