“Bayağı verilişlər cəmiyyətin intellektual səviyyəsini aşağı salır” – Razi Nurullayev  

“Bayağı verilişlər cəmiyyətin intellektual səviyyəsini aşağı salır” – Razi Nurullayev  

Hazırda oxunan: “Bayağı verilişlər cəmiyyətin intellektual səviyyəsini aşağı salır” – Razi Nurullayev  

133895

“Bütün televiziyalara arzum budur ki, bizim efir məkanlarında sağlam tənqid səsləndirən verilişlərin sayı çoxalsın. Yalançı, boğazdan yuxarı təriflər, yaltaqlıq təbliğ edən verilişlər, yerli-yersiz təriflər ölkənin inkişafına yox, geriləməsinə səbəb olur”. 

Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. 

“Bayağı, çığırtı-bağırtı olan verilişlər cəmiyyətimizin mədəni və intellektual səviyyəsinin aşağı düşməsinə səbəb olur. Onun üçün də gərək biz düşünək. Televiziyalar bu cür verilişlər üzərində reytinq qurub pul qazanmasınlar. Onlara başqa mümkün mənbələrdən pul qazanmağa imkan yaradılsın ki, maliyyə arxasınca düşüb cəmiyyətə lazımsız məlumatlar ötürməsinlər”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO