Kürdəmirdə AĞIR QƏZA: Yaralılar var – FOTO  

Kürdəmirdə AĞIR QƏZA: Yaralılar var – FOTO  

Hazırda oxunan: Kürdəmirdə AĞIR QƏZA: Yaralılar var – FOTO  

133767

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Opel” markalı avtomobilin sürücüsü Ağsu istiqamətində hərəkətdə olarkən qarşısında dönmə əməliyyatı edən “Toyota” markalı avtomaşına çırpılıb.

Nəticədə “Toyota”da olan iki nəfər Sabirabad rayon sakini 46 yaşlı Abbasov Babək Yusif oğlu və Kürdəmir rayon sakini 22 yaşlı Mirzəyeva Könül Azər qızı, “Opel” markalı avtomobildə olan sərnişin 30 yaşlı Kürdəmir sakini  Süleymanov Tural Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. 
Hazırda faktla bağlı araşdırma aparılır.


Aqil Əsədov, Bizim.Media, Aran bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO