Azərbaycandan qaçan “Azərsu”yun keçmiş əməkdaşı HƏBS EDİLDİ - FOTO

Azərbaycandan qaçan “Azərsu”yun keçmiş əməkdaşı HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycandan qaçan “Azərsu”yun keçmiş əməkdaşı HƏBS EDİLDİ - FOTO

133709

Barəsində beynəlxalq axtarış verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda tutulub.

Bizim.Media qafqazinfo.az-a istinadən  xəbər verir ki, İnterpol vasitəsilə dövlətlərarası axtarışa verilmiş 1977-ci il təvəllüdlü Vüsal Yasin oğlu Mürşüdlü qonşu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Qeyd edək ki, Vüsal Mürşüdlü daha əvvəl xeyli müddət “Azərsu” ASC-də çalışıb. O, daha sonra tikinti işləri ilə məşğul olub və bir neçə nəfərdən tikinti məqsədilə xeyli pul alıb vədinə əməl etməmə ittihamı ilə barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılıb. İstintaq müddətində V.Mürşüdlünün ölkəni tərk etdiyi üzə çıxıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO