AzInTelecom və Cyberpoint kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək - FOTO

AzInTelecom və Cyberpoint kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək - FOTO

Hazırda oxunan: AzInTelecom və Cyberpoint kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək - FOTO

133698

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC və kibertəhlükəsizlik sahəsində aparıcı şirkətlərdən biri olan “Cyberpoint” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Memorandumu “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov və “Cyberpoint” MMC-nin direktoru Fuad Niftəliyev imzalayıb.
Şirkət rəhbərləri memorandum əsasında kibertəhlükəsizlik sahəsində işgüzar münasibətlərin qurulmasını, birgə layihələrin həyata keçirilməsini, səmərəli məlumat mübadiləsinin təşkil olunmasını razılaşdırıblar.

Tərəflər elmi-texniki biliklərin və kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanması məqsədilə birgə fəaliyyət göstərməyi planlaşdırır.

“AzInTelecom” MMC və “Cyberpoint” MMC Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi üçün müştərilərə birgə xidmət göstərərək fəaliyyət göstərməyi hədəfləyir.
Qeyd edək ki, ölkənin aparıcı kibertəhlükəsizlik şirkəti olan “Cyberpoint” MMC müxtəlif dövlət qurumlarına və eləcə də özəl şirkətlərə xidmət göstərir. Kibertəhlükəsizlik üzrə ən böyük əməliyyat mərkəzinə malik olan Cyberpoint şirkəti Təhlükəsizlik Əməliyyat Mərkəzi xidməti, Nüfuzetmə Sınaqları xidməti, Rəqəmsal Audit və İstintaq xidməti, Kibertəhlükəsizlik Həllərinin Tətbiqi və Dizaynı xidməti, Kiber Konsalting və Kiber Maarifləndirmə xidmətlərini təqdim edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO