Bir çox xəstəxanalarda nöqsanlar AŞKARLANDI 

Bir çox xəstəxanalarda nöqsanlar AŞKARLANDI 

Hazırda oxunan: Bir çox xəstəxanalarda nöqsanlar AŞKARLANDI 

133660

Cari ilin 4 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 12 tibb müəssisəsi monitorinqlərə cəlb edilib.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, monitorinqlər Bakı şəhəri üzrə Xətai və Lökbatan tibb mərkəzlərində, Binəqədi rayonu ərazisindəki 10, 15, 35 saylı şəhər poliklinikalarında, Səbail rayonunun 33 saylı şəhər poliklinikasında, habelə Abşeron Rayon Mərkəzi Xəstəxanasında və Abşeron rayonunda fəaliyyət göstərən Hökməli, Qobu, Mehdiabad, Novxanı, Xırdalan ailə sağlamlıq mərkəzlərində keçirilib.

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimlinin sözlərinə görə, bir sıra tibb müəssisələrində qeydiyyat prosesinin aparılması, növbələrin idarəedilməsi, göndərişlərin rəsmiləşdirilməsi ilə bağlı işlərin təkmilləşdirilməsinə ehtiyac var:

"Məsələn, pasiyent axınının effektiv idarəedilməsi üçün müvafiq xəstəxanalarda növbə tənzimləyən sistemin quraşdırılması təklif olunub. Həmçinin həkim qəbuluna qeydiyyatın “e-Tabib” mobil tətbiqi üzərindən aparılması məqsədəuyğun hesab edilib. Digər bir təklif tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətlər haqqında məlumatların gündəlik qaydada elektron sistemə daxil edilməsi ilə bağlıdır.

Çünki olur ki, vətəndaş dövlət xəstəxanasından hər hansı xəstəxanaya göndərişlə müraciət etdikdə diaqnostik avadanlığın işləməməsi səbəbindən tələb olunan müayinədən keçə bilmir. Vaxtında məlumatlandırma isə vətəndaşlara daha operativ xidmətlərin göstərilməsinə və onların məmnunluğunun təmin olunmasına şərait yaradacaq".
Qeyd edək ki, ötən ilin oktyabr ayında başlanılan monitorinqlər artıq Bakı şəhərinin 1, 5, 6, 8, 9, 12, 17, 19, 24, 25 və 26 saylı şəhər poliklinikaları, 7, 12, 13, 20 saylı uşaq poliklinikaları, Kliniki Tibbi Mərkəz, Akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Mərkəzi Neftçilər Xəstəxanasını əhatə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO