Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Azərbaycan Fotoqrafları Birliyi”nin təşkilatçılığı və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin dəstəyi ilə dəniz sahilinin məişət tullantılarından təmizlənmə aksiyası keçirilib.
Bizim.Media xəbər verir ki, aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizində son illər baş verən təbii proseslərdə dəniz sahilində suyun çəkilməsi ilə əlaqədar yaranan vəziyyətlə bağlı tədbirlərə qoşulmaq və ictimaiyyətin fikrini bu tipli aksiyalara cəlb etməkdən ibarət olub.
Aksiyada “Azərbaycan Fotoqrafları Birliyi”nin üzvləri, həvəskar fotoqraflar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllim və tələbə heyəti, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları və Abşeron Milli Parkının könüllüləri iştirak ediblər.
Abşeron Milli Parkının Şah Dili Qoruğu sahil zolağında “Təbiətə bir gün” devizi altında məişət tullantılarından, plastik və dəmir qablardan təmizləmə işləri aparılıb, toplanmış tullantılar tullantı məntəqəsinə təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:36 / 30.04.2023
AKSİYA: Xəzər dənizinin sahili məişət tullantılarından təmizləndi - FOTO
Hazırda oxunan: AKSİYA: Xəzər dənizinin sahili məişət tullantılarından təmizləndi - FOTO
Hazırda oxunan: AKSİYA: Xəzər dənizinin sahili məişət tullantılarından təmizləndi - FOTO
133585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.