ADNA-da törədilən terrordan 14 il ÖTÜR

ADNA-da törədilən terrordan 14 il ÖTÜR

Hazırda oxunan: ADNA-da törədilən terrordan 14 il ÖTÜR

133534

Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktından 14 il ötür. 

Bizim.Media xəbər verir ki, terror hadisəsindən Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib.  

Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib. 

İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub. 

Qanlı hadisə nəticəsində aşağıda adı olan şəxslər öldürülüb: 

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü 

2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü 

3. Neft qaz istehsalı və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü 

4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü 

Tələbələr 

5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü 

6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü 

7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü 

8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü 

9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO