Qlobal səviyyədə həşəratların sayının azalması ilə bağlı hesabatlar ekoloqları ən çox narahat edən məsələlərdəndir.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, dünyada həşəratların 40%-dən çoxunun nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.
Bununla bağlı 70-dən çox hesabatı nəzərdən keçirən alimlər belə qənaətə gəliblər ki, həşəratların sayının azalması ətraf mühitin pisləşməsi, kənd təsərrüfatı sahələrinin dərmanlanması, yağıntıların azalması, havada karbon qazının miqdarının artması və s. amillərlə əlaqədardı.
Maraqlıdır ki, ağcaqanadlar da nəsli azalan həşəratlar siyahısındadır. Amma ağcaqanadlar insanları təngə gətirən həşəratlardan olduğu üçün onların sayının azalması insanları narahat etmir.
Dünyada 3500-dən çox ağcaqanad növü var. Təkcə Amerika Birləşmiş Ştatlarının ərazilərində 200-dən çox ağcaqanad növü yaşayır. Maraqlıdır ki, onlardan yalnız 12-si infeksiya, mikrob yayır.
Avstraliyalı alimlərin fikrincə bu ölkədə 300-dən çox ağcaqanad növü mövcuddur.
Ağcaqanadların populyasiyaları və onlara nəzarətlə bağlı bir sıra proqramlar işlənib hazırlanıb. Hətta bu ölkədə yerli ağcaqanad populyasiyaları haqqında səhiyyə orqanlarına hesabat hazırlayan “ağcaqanadlara nəzarət” proqramları mövcuddur.
Bu hesabatlarda göstərilir ki, ağcaqanadların sayının azalması bu həşəratlarla qidalanan heyvanların da sayının azalması təhlükəsini yaradıb. Alimlər hesab edirlər ki, risk qrupuna ən çox qurbağalar aiddir. Qurbağaların ən sevimli qidası olan ağcaqanadların sayının azalması birbaşa bu heyvanların da sayının azalmasına səbəb olur.
Ağcaqanadlar yarasalar, tısbağalar, cırcıramalar, hörümçəklər və quşların ən sevimli qidasıdır. Hətta bəzi növ balıqlar da ağcaqanad sürfələri ilə qidalanırlar. Alimlərin fikrincə, ağcaqanadların nəslinin azalması ekosistemə öz mənfi təsirlərini bir neçə ildən sonra daha aydın formada göstərəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 29.04.2023
Ağcaqanadların nəslinin kəsilməsi hansı fəsadlara səbəb ola bilər? – Maraqlı FAKTLAR
Hazırda oxunan: Ağcaqanadların nəslinin kəsilməsi hansı fəsadlara səbəb ola bilər? – Maraqlı FAKTLAR
Hazırda oxunan: Ağcaqanadların nəslinin kəsilməsi hansı fəsadlara səbəb ola bilər? – Maraqlı FAKTLAR
133258
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.