Göyçayda sahibkarlarla görüş KEÇİRİLDİ - FOTO 

Göyçayda sahibkarlarla görüş KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Göyçayda sahibkarlarla görüş KEÇİRİLDİ - FOTO 

133203

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Göyçay rayonunda fəaliyyət göstərən kiçik sahibkarlarla görüş keçirilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki,Göyçayda Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Göyçay rayonunda fəaliyyət göstərən kiçik sahibkarlarla “Heydər Əliyev və sahibkarlıq” mövzusunda görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər. 

Görüşdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Göyçay KOB Dostu mərkəzinin direktoru Rahim Məmmədov və rayonda fəaliyyət göstərən kiçik sahibkarlar iştirak edib. 

Tədbirdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək bildirib ki, Azərbaycanda ötən illərdə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır:  

“Ümummilli Liderimiz milli iqtisadiyyatımızın şaxələndirilməsində sahibkarlıq subyektlərinin mühüm rolunu dəfələrlə qeyd etmiş, onların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirilib”. 

Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən, Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, o cümlədən bazar iqtisadiyyatının və sahibkarlığın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açiblar. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO